...

Türkiyə Türkmənistanın TANAP-a qoşulmasına tərəfdardır

Energetika Materials 7 Noyabr 2014 17:03 (UTC +04:00)
Transanadolu qaz kəməri (TANAP) layihəsi Türkmənistan qazının da Avropaya tədarükünə ümid edə bilərdi.
Türkiyə Türkmənistanın TANAP-a qoşulmasına tərəfdardır

Türkmənistan, Aşqabad, 7 noyabr /Trend, müxbir Hüseyn Həsənov/

Transanadolu qaz kəməri (TANAP) layihəsi Türkmənistan qazının da Avropaya tədarükünə ümid edə bilərdi. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi danışıqlardan sonra deyib. Bu barədə Trend-ə danışıqlara yaxın mənbə bildirib.

R.T.Ərdoğan bildirib ki, TANAP Türkiyə ərazisi ilə Azərbaycan və Türkmənistan qazını Avropaya nəql edə bilər: "Ankara Avropanın enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirir.

Noyabrın 7-də yüksək səviyyədə keçirilmiş danışıqların yekunu üzrə "Türkmənqaz" dövlət konserni və Türkiyənin "Atagas" şikəti təbii qazın alqı-satqısı məsələlərində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti