...

Azərbaycanda yeni kimya müəssisələri istismara veriləcək

Energetika Materials 11 Noyabr 2014 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Emil İsmayılov/

2016-2017-ci illərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen və aşağı təzyiqli polietilen istehsalı üzrə qurğular istismara veriləcək. Bunu Trend-ə "Azərikimya" İstehslaat Birliyinin (İB) rəhbəri Muxtar Babayev deyib.

O bildirib ki, plana əsasən yeni müəssisələrin tikintisi və istismara verilməsi 2-2,5 il vaxt aparacaq. Polipropilen istehsalı üzrə qurğunun tikintisi çərçivəsində inşaat işləri üçün ərazinin hazırlanması prosesi aparılır, eləcə də avadanlığın bir hissəsi alınıb. Həmçinin aşağı təzyiqli polietilen istehsalı üzrə qurğunun yaradılması çərçivəsində müqavilə işləri davam edir.

M.Babayevin sözlərinə görə, plana əsasən müəssisələrin işə salınması 2016-2017-ci illərə təsadüf edəcək: "Planda dəyişiklik ola bilər, lakin hələ bunun hansı istiqamətdə olacağını bilmirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti