...

"Total" "Şahdəniz"dəki payını satmasının əsas səbəbini açıqladı

Energetika Materials 21 Noyabr 2014 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Emil İsmayılov/

Fransanın "Total" şirkətinin Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində iştirak payını satmasının əsas səbəbi layihənin minoritar səhmdarı kimi qalmaq istəyinin olmamasıdır. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda "Total"ın inkişaf üzrə meneceri Erik Mayer deyib.

Onun sözlərinə görə, şirkət özünün Azərbaycandakı fəaliyyətinə çox ciddi yanaşır, lakin minoritar səhmdar kimi qalmaq istəmədiyindən "Şahdəniz" layihəsindən çıxıb.

E.Mayer qeyd edib: "Biz diqqəti "Abşeron" layihəsinin işlənməsi üzərində cəmləşdiririk. Şirkət Azərbaycanda çox yaxşı gələcəyi olan digər imkanlara da baxır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti