...

Hindarx qəsəbəsinə təbii qaz verilib

Energetika Materials 25 Noyabr 2014 15:19 (UTC +04:00)
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsinə təbii qazın verilişi bərpa edilib.
Hindarx qəsəbəsinə təbii qaz verilib

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsinə təbii qazın verilişi bərpa edilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 2010 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 155 kilometrə yaxın müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 82 ədəd müxtəlif diametrli siyirtmə, 2010 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri qəsəbəyə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti