...

AÇG-də neft hasilatı 77 quyuda aparılıb

Energetika Materials 25 Noyabr 2014 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunda 77 neft hasilat və 36 injektor quyusu istismarda olub. Trend-in məlumatına görə, bu barədə BP-nin 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyətinin yekunu üzrə hesabatında deyilir.

BP və tərəfdaşlar ilin ilk 9 ayında AÇG blokunda 24,2 milyon ton neft (179 milyon barel), 2013-cü ilin analoji dövründə isə 24,5 milyon ton (181 milyon barel) neft hasil ediblər.

"Çıraq" yatağında 16 quyu istismarda olub (11 hasilat və 5 suvurma quyusu) və oradan orta hesabla gündə 63,6 min barel neft hasil edilib.

"Mərkəzi Azəri" yatağında 24 quyu istismarda idi (17 hasilat, bir suvurma quyusu və 6 qaz injektor) və oradan gündə orta hesabla 169,6 min barel hasilat əldə edilib.

"Qərbi Azəri" yatağında 25 quyu istismarda olub (19 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla 159,6 min barel neft hasil edilib.

"Şərqi Azəri" yatağında 15 quyu istismarda idi (11 hasilat və 4 suvurma quyusu) və oradan gündəlik orta hesabla 77,3 min barel hasilat əldə edilib.

"Dərinsulu Günəşli" yatağında 28 quyu istismarda idi (14 hasilat və 14 suvurma quyusu) və oradan gündəlik orta hesabla 147,2 min barel hasilat əldə edilib.

"Qərbi Çıraq" yatağında beş quyudan gündəlik orta hesabla 38,4 min barel hasilat əldə edib.

"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokun neft ehtiyatı təqribən 1 milyard tondur.

AÇG-də iştirak payları: BP (operator - 35,78%), Şevron (11,27%), İNPEKS (10,96 %),AzACG (11,65 faiz), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti