...

Günəş enerjisindən istifadəni artırmağın vaxtıdır

Energetika Materials 28 Noyabr 2014 20:13 (UTC +04:00)
"Bank VTB" (Azərbaycan) Günəş enerjisinin istehsalı üçün nəzərdə tutulan avadanlıqların alınması üzrə bir sıra iri Hindistan şirkətləri ilə danışıqlar aparıb.
Günəş enerjisindən istifadəni artırmağın vaxtıdır

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

"Bank VTB" (Azərbaycan) Günəş enerjisinin istehsalı üçün nəzərdə tutulan avadanlıqların alınması üzrə bir sıra iri Hindistan şirkətləri ilə danışıqlar aparıb.

Bankdan Trend-ə verilən məlumata görə, Günəş panelləri şəxsi istifadə üçün nəzərdə tutulub və alternativ enerji mənbəyi kimi yaşayış evlərində quraşdırıla bilər. Danışıqlar nəticəsində razılıq əldə edilib ki, "Bank VTB" (Azərbaycan) Günəş panellərini almaq arzusunda olan əhalini istehlak kreditləri çərçivəsində maliyyələşdirəcək.

Bank VTB-nin (Azərbaycan) sədri Yuri Yakovlev bildirib: "Hindistanda hər bir ev Günəş enerjisini istehsal edən avadanlıqla təchiz olunub. Azərbaycanda ildə ən azı 300 günəşli gün olduğu halda, belə ekoloji enerji mənbəyindən istifadə etməmək düzgün olmazdı. Hindistan şirkətlərinin təklif etdiyi sadə və keyfiyyətli avadanlıqların qiyməti 1500 dollardır. Lakin ənənəvi enerjinin sərfiyyatının azaldılması, ailə büdcəsinə qənaət və təbii resursların qorunması baxımından belə avadanlıqlardan istifadə son dərəcə sərfəlidir".

Hazırda layihə Azərbaycan Enerji Nazirliyi ilə də müzakirə olunur. Layihə maraq doğurduğu və ölkənin müvafiq strukturları tərəfindən dəstəkləndiyi təqdirdə, Bank VTB (Azərbaycan) avadanlıqların alınmasına birillik istehlak kreditləri ayırmağı nəzərdə tutur.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 13 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti