Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Emil İsmayılov/
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 8-də 67,65 dollar/barel təşkil edib.
1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən 2,33 dollar/barel azalıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 8-də 66,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,33 dollar/barel azdır.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 8-də 63,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,3 barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 8-də 65,7 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,27 dollar/barel azdır.