...

Bir sıra rayonların qaz təchizatı dayandırıla bilər

Energetika Materials 10 Dekabr 2014 12:25 (UTC +04:00)
Ölkənin bəzi qazpaylama stansiyalarında təmir işləri görülür.
Bir sıra rayonların qaz təchizatı dayandırıla bilər

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Ölkənin bəzi qazpaylama stansiyalarında təmir işləri görülür.

Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, dekabrın 10-da saat 10:00-dan 18:00-dək Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Balakən" və "Dəliməmmədli" Qazpaylama stansiyalarında, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Quba" və "Siyəzən" Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Balakən, Quba və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti