...

Kanada şirkəti Türkiyədə neft emalı zavodu üçün kreditin əsas təşkilatçısı kimi çıxış edir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 12 Dekabr 2014 12:28 (UTC +04:00)
"Export Development Canada" (EDC) şirkəti ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədəki STAR neft emalı zavodunun tikintisi layihəsinə bank konsorsiumunun ayırdığı 3,3 milyard dollar sindikatlaşdırılmış kreditin əsas təşkilatçısıdır.
Kanada şirkəti Türkiyədə neft emalı zavodu üçün kreditin əsas təşkilatçısı kimi çıxış edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

"Export Development Canada" (EDC) şirkəti ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədəki STAR neft emalı zavodunun tikintisi layihəsinə bank konsorsiumunun ayırdığı 3,3 milyard dollar sindikatlaşdırılmış kreditin əsas təşkilatçısıdır.

Trend xəbər verir ki, bu barədə Kanada şirkətinin yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, həmin saziş çərçivəsində EDC 150 milyon dollar vəsait ayırıb.

Şirkətin strukturlaşdırma və layihə maliyyələşdirməsi üzrə vitse-prezidenti Sven List deyib: "Bu sazişin uğurla tamamlanması EDC-in layihə maliyyələşdirməsinin çətinliyinə görə strukturlaşdırmada təcrübəsindən xəbər verir, həmçinin Türkiyədə ticarət prosedurlarının sonrakı sadələşdirilməsi üçün şərait yaradır".

Şirkətin Türkiyədəki baş nümayəndəsi Zenon Voyçişin dediyi kimi, EDC bu layihəyə böyük diqqət ayırır: "Bu sazişdə EDC-nin iştirakı ARDNŞ ilə konstruktiv əlaqələr qurmağa imkan verir və şübhəsiz ki, gələcəkdə bu sahədə bizə yeni imkanlar yaradacaq".

2014-cü il iyulun 6-da İstanbulda STAR NEZ-in tikintisi çərçivəsində 23 maliyyə institutu tərəfindən 3,29 milyard dollarlıq kredit sazişi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti