...

Davudoğlu neftin qiymətinin düşməsini iqtisadiyyatın artması üçün şans hesab edir

Energetika Materials 18 Dekabr 2014 13:48 (UTC +04:00)
Dünyada neftin qiymətlərinin aşağı düşməsi Türkiyəyə sərf edir.
Davudoğlu neftin qiymətinin düşməsini iqtisadiyyatın artması üçün şans hesab edir

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Dünyada neftin qiymətlərinin aşağı düşməsi Türkiyəyə sərf edir. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə əsasən, neftin qiymətlərinin azalmasının davam etməsi Türkiyəyə ölkə iqtisadiyyatının artması üçün şans yaradır.

Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız isə bildirib ki, ölkəsi neftin qiymətlərinin düşməsindən hər il 32,6 milyon dollar qazanır. Onun sözlərinə görə, əgər neftin qiymətləri hazırkı səviyyədə qalarsa, Türkiyə hər il məzənnə fərqinə görə 11,9 milyard dollar qazana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti