...

"Müasir texnologiyalar quruda neft hasilatını artırmağa imkan verəcək"

Energetika Materials 19 Dekabr 2014 15:55 (UTC +04:00)
Neft vermə əmsalının 10-15 faiz artırılması Azərbaycanın quru yataqlarında neft hasilatını artırmağa imkan verə bilər.
"Müasir texnologiyalar quruda neft hasilatını artırmağa imkan verəcək"

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Emil İsmayılov/

Neft vermə əmsalının 10-15 faiz artırılması Azərbaycanın quru yataqlarında neft hasilatını artırmağa imkan verə bilər. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycan Alimlərinin I Qurultayında deyib.

Onun sözlərinə əsasən, neft vermə əmsalı 40-45 faiz olarkən ölkənin quru yataqlarından 1 milyard ton həcmində neft hasil olunub: "Bu qədər də hasil etmək olardı, ancaq bunun üçün texniki imkanlar yoxdur".

Vitse-prezident qeyd edib ki, müvafiq olaraq neft vermə əmsalının artırılması məsələsinə böyük diqqət yetirmək lazımdır.

Azərbaycanda qaz yataqlarının açılması perspektivi şəraitində ARDNŞ Mezozoy çöküntülərinin işlənməsi üzrə işlər aparılır.

X.Yusifzadə əlavə edib ki, bu işlər Sovet dövründə də aparılıb, lakin zəruri texnologiya olmadığından sənaye hasilatına nail olunmayıb: "Ancaq hazırda texniki nailiyyətlər nəzərə alınmaqla bunun üçün imkan var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti