...

"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimə keçəcək

Energetika Materials 19 Dekabr 2014 15:29 (UTC +04:00)
“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimə keçəcək

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 2014-cü il dekabrın 31-dən başlayaraq 2015-ci il yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.

185 nömrəli "qaynar xətt"in və 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Birliyin Qaz təsərrüfatının istismarı şöbəsində və yerli qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

"Azəriqaz" İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti