...

Masallı və Xaçmazın bir neçə kəndinə ilk dəfə qaz verildi

Energetika Materials 22 Dekabr 2014 18:16 (UTC +04:00)
Bu gün Masallı rayonunun Xallıcalı və Qədirli kəndlərinə, eləcə də Xaçmaz rayonunun Qaraçaycex kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Masallı və Xaçmazın bir neçə kəndinə ilk dəfə qaz verildi

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Bu gün Masallı rayonunun Xallıcalı və Qədirli kəndlərinə, eləcə də Xaçmaz rayonunun Qaraçaycex kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Masallı rayonunda keçirilmiş mərasimdə bildirilib ki, 119 abonenti olan Xallıcalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 445 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 12 ədəd siyirtmə, 119 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 197 abonenti olan Qədirli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 18 845 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə 197 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Xaçmaz rayonunun Qaraçaycex kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Qeyd olunub ki, 149 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 12 700 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 149 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd ağsaqqalları kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti