...

Azərbaycan neftinin qiymətində hansı dəyişiklik baş verib?

Energetika Materials 22 Yanvar 2015 11:03 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 49,68 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətində hansı dəyişiklik baş verib?

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Emil İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 49,68 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı Trend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən 0,09 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 48,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 21-də 44,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 21-də 46,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,02 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti