...

Əhməd Davudoğlu: Türkiyə dünyanın enerji mərkəzi olmaq niyyətindədir

Energetika Materials 23 Yanvar 2015 09:53 (UTC +04:00)
Türkiyə dünyanın enerji mərkəzi olmaq niyyətindədir və bunun üçün bütün imkanlardan istifadə edir.
Əhməd Davudoğlu: Türkiyə dünyanın enerji mərkəzi olmaq niyyətindədir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə dünyanın enerji mərkəzi olmaq niyyətindədir və bunun üçün bütün imkanlardan istifadə edir. Trend cümə günü Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə hökumətinin rəhbəri Əhməd Davudoğlu bildirib.

Baş nazirin sözlərinə görə, hazırda Türkiyə Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan bir sıra enerji layihələrini reallaşdırır və onlardan biri Trans-Anadolu qaz kəməridir (TANAP).

TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti