...

ARDNŞ Xarkov vilayətində ilk YDM-lərini açdı (FOTO)

Energetika Materials 27 Yanvar 2015 17:19 (UTC +04:00)
ARDNŞ Ukraynanın yanacaq riteyli bazarında fəaliyyət dairəsini genişləndirməkdə davam edir.
ARDNŞ Xarkov vilayətində ilk YDM-lərini açdı (FOTO)

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

ARDNŞ Ukraynanın yanacaq riteyli bazarında fəaliyyət dairəsini genişləndirməkdə davam edir.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu günlərdə Xarkov vilayətində də üç yanacaqdoldurma məntəqəsi açılıb. Əhalisinin sayına görə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovdakı "SOCAR" YDM-lərində Polşa, Litva və Belarusda istehsal olunmuş Avro-5 standartına uyğun yanacaq növləri - А-92, А-95, A-95 "Nano" benzinləri, "Nano" dizel yanacağı reallaşdırılır.

Burada müştərilər nağd, bank və yanacaq kartları, həmçinin "Level" bonus kartları vasitəsilə ödəniş edə bilərlər. Müxtəlif xidmətlər, o cümlədən Wi-Fi, mobil telefonların enerji təminatı pulsuzdur.

Ukraynanın digər şəhərlərində olduğu kimi, Xarkovdakı "SOCAR" YDM-ləri də "Handicapfriendly" prinsipi ilə işləyir. Burada əlillərin rahat hərəkət etməsi üçün hər cür şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti