...

BP Azərbaycanda 10 minə yaxın yeni işçi götürüb

Energetika Materials 28 Yanvar 2015 17:45 (UTC +04:00)
BP şirkətinin rəqabətqabiliyyətinin artırılması çərçivəsində tədbirlər Azərbaycanda şirkətin iştirak etdiyi iri enerji layihələrinə təsir etməyəcək.
BP Azərbaycanda 10 minə yaxın yeni işçi götürüb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Emil İsmayılov/

BP şirkətinin rəqabətqabiliyyətinin artırılması çərçivəsində tədbirlər Azərbaycanda şirkətin iştirak etdiyi iri enerji layihələrinə təsir etməyəcək. Bunu çərşənbə günü Trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, BP Azərbaycanda reallaşdırılan layihələr çərçivəsində öhdəliklərinə sadiq qalır və onları icra etməyə davam edəcək: "Azərbaycanda BP-nin reallaşdırdığı layihələr uzunmüddətlidir və çox vacibdir. Bu layihələr uğurla irəliləyir və bundan sonra da mövcud planlara uyğun həyata keçiriləcək".

Şirkətdən qeyd ediblər ki, 2014-cü ilin sonunadək "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində təkcə Azərbaycanda 9370 yeni işçi cəlb olunub: "Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə yenicə başlanan işlər çərçivəsində artıq 160 yeni əməkdaş cəlb edilib. Tikinti işlərinin genişləndirilməsi ilə işçilərin sayı artırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti