...

Azərbaycanda alternativ enerji üzrə yeni komitə yaradılacaq

Energetika Materials 1 Fevral 2015 16:00 (UTC +04:00)
Azərbaycanda alternativ enerji mənbələri üzrə Texniki Komitənin yaradılması məsələsi üzərində iş gedir.
Azərbaycanda alternativ enerji üzrə yeni komitə yaradılacaq

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda alternativ enerji mənbələri üzrə Texniki Komitənin yaradılması məsələsi üzərində iş gedir.

Bu barədə Trend-ə Texniki Komitənin yaradılmasının təşəbbüskarı olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.

Komitədən deyildiyi kimi, hazırda Dövlət Komitəsi və Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Texniki Komitənin yaradılması üzrə birgə iş aparırlar.

Dövlət komitəsindən bildiriblər ki, yeni komitənin yaradılması üzrə işlər davam edir və yaxın vaxtlarda bu məsələ həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti