...

"Günəşli"dəki quyu əsaslı təmirdən sonra istismara verildi

Energetika Materials 29 Yanvar 2015 16:48 (UTC +04:00)
“Günəşli” yatağındakı 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"dəki quyu əsaslı təmirdən sonra istismara verildi

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 14-cü dərin dəniz özülündən 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2683-2640 metr intervaldan gündəlik 50 ton neft və 40 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti