...

Mövlud Çavuşoğlu: Türkiyə heç vaxt TANAP-dan imtina etməyəcək

Energetika Materials 30 Yanvar 2015 11:16 (UTC +04:00)
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi Türkiyə üçün xüsusi əhəmiyyətə malikdir və Ankara belə mühüm layihəni reallaşdırmaqdan imtina etməyəcək.
Mövlud Çavuşoğlu: Türkiyə heç vaxt TANAP-dan imtina etməyəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi Türkiyə üçün xüsusi əhəmiyyətə malikdir və Ankara belə mühüm layihəni reallaşdırmaqdan imtina etməyəcək. Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin Anadolu agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankara və Bakı bu layihənin reallaşdırılması üçün çox səy göstərir.

Nazir qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi üçün heç bir maneə yoxdur.

Dünən Çavuşoğlu Aşqabadda bəyan edib ki, Türkiyə və Azərbaycan Türkmənistanı TANAP layihəsinin reallaşdırılmasında iştirak etməyə çağırıb.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti