...

ABŞ Azərbaycandan neft məhsullarının idxalını artırıb

Energetika Materials 1 Fevral 2015 14:00 (UTC +04:00)
2014-cü ilin yanvar-noyabr aylarında ABŞ Azərbaycandan 450 min barel neft məhsulları idxal edib.
ABŞ Azərbaycandan neft məhsullarının idxalını artırıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-noyabr aylarında ABŞ Azərbaycandan 450 min barel neft məhsulları idxal edib. 2013-cü ilin analoji dövründə bu göstərici 336 min barel təşkil edib. Bu barədə Trend ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinə (EIA) istinadən məlumat verir.

Noyabrda ABŞ cəmi 77 min barel neft məhsulları idxal edib. 2013-cü ilin noyabrında ABŞ Azərbaycandan neft məhsulları idxal etməyib.

Məlumata görə, idxal edilmiş məhsulların bütün həcmi neft-kimya sənayesində xammal kimi istifadə olunan naftanın payına düşür.

ABŞ 2013-cü ildə Azərbaycandan 366 min barel neft məhsulları idxal etmişdi. 2012-ci ildə bu rəqəm 46 min barel idi.

2009-cu ildən davam edən uzunmüddətli aralıqdan sonra ABŞ inişil Azərbaycandan neft məhsullarının tədarükünü bərpa edib. 2008-ci ildə ABŞ-a 308 min barel Azərbaycan istehsallı neft məhsulları tədarük olunub.

Qeyd edək ki, Azərbaycanda neft məhsulları iki neft emalı zavodunda (NEZ) istehsal olunur. Həmin zavodların ümumi gücü ildə 16 milyon ton təşkil edir. Hər iki NEZ ARDNŞ-nin balansındadır. Bu yaxınlarda "Azneftyağ" NEZ ləğv edilərək Heydər Əliyev adına neft emalı zavodunun tərkibinə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti