...

Bu il Gürcüstanda 5 "SOCAR" YDM-i inşa olunacaq

Energetika Materials 13 Fevral 2015 16:44 (UTC +04:00)
Bu il Gürcüstanda daha 5 yanacaqdoldurma məntəqəsinin (YDM) inşası nəzərdə tutulur.
Bu il Gürcüstanda 5 "SOCAR" YDM-i inşa olunacaq

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bu il Gürcüstanda daha 5 yanacaqdoldurma məntəqəsinin (YDM) inşası nəzərdə tutulur. Bu barədə Trend ARDNŞ-nin saytına istinadən məlumat verir.

Şirkəti Gürcüstanda uğurla təmsil edən "SOCAR Energy Georgia" MMC-nin törəmə şirkəti olan "SOCAR Georgia Petroleum" Gürcüstanda "SOCAR" brendi altında işləyən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirib.

Hazırda qonşu ölkədə "SOCAR" brendi altında 112 yanacaqdoldurma stansiyası (bundan başqa, 1 ədəd qazdoldurma məntəqəsi) fəaliyyət göstərir. İstehlakçıların tələbatını ödəmək üçün kompleks yanaşma tətbiq edilir ki, buraya da stansiyaların ərazisində yerləşən ticarət məntəqələri, hotel kompleksləri, restoranlar, apteklər, avtomobilyuma sexləri və s. daxildir.

2015-ci ildə isə daha 5 yeni məntəqənin tikilib istifadəyə verilməsi, 4 məntəqədə isə rekonstruksiya işlərinin aparılması nəzərdə tutulur. Bu məntəqələrdə də istehlakçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün bütün şərait yaradılacaq.

Qeyd edək ki, ötən il Gürcüstan bazarına ümumilikdə 314 697,2 ton həcmində neft məhsulu (17 899,209 ton benzin, 245 857,324 ton dizel, 34 495,599 ton aviasiya kerosini, 657,029 ton mazut, 4 252,54 ton bitum və 11 535,555 ton maye qaz) idxal edilibr ki, bunun da 288 494,8 tonu Azərbaycan mənşəli məhsulların payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti