...

SOCAR Gürcüstanda 47,1 min abonenti təbii qazla təmin edib

Energetika Materials 16 Fevral 2015 20:42 (UTC +04:00)
Ötən il Gürcüstanda 47,1 min abonent təbii qazla təmin olunub.
SOCAR Gürcüstanda 47,1 min abonenti təbii qazla təmin edib

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Ötən il Gürcüstanda 47,1 min abonent təbii qazla təmin olunub.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "SOCAR Energy Georgia" tərəfindən 2014-cü ildə ölkədə 1000 kilometrdən artıq yeni qaz xәtlәri çəkilib, nəticədə 47,1 min abonent təbii qazla təmin olunub. Hazırda Gürcüstan üzrə təbii qazla təmin olunan abonentlərin sayı 410 mindən artıqdır.

Bu ilin sonuna kimi Gürcüstanda təbii qazla təmin olunan abonentlərin sayı 480 minə çatdırılacaq.

2014-cü il ərzində Gürcüstan bazarına ümumilikdə 1,348 milyard kubmetr həcmində təbii qaz çatdırılıb ki, bu da 2013-cü illə müqayisədə 10,5% çox olub. Təkcə "SOCAR Georgia Gas" MMC vasitəsilə Gürcüstan bazarına 798 milyon kubmetr kommersiya təyinatlı təbii qaz idxal olunub.

Qeyd edək ki, "SOCAR Georgia Gas" MMC 2014-cü ildə qonşu respublikanın qazlaşdırılması layihələrinə təxminən 21,4 milyon dollar məbləğində sərmayə yatırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti