...

Bakının və Şəmkirin qaz təchizatında problemlər yaranacaq

Energetika Materials 4 Mart 2015 09:32 (UTC +04:00)
Şəmkir rayonunun, eləcə də Bakının Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bakının və Şəmkirin qaz təchizatında problemlər yaranacaq

Azərbaycan, Bakı, 4 mart /Trend/

Şəmkir rayonunun, eləcə də Bakının Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, daşıyıcı qaz kəməri üzərində tənzimləyicinin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar 04 mart 2015-ci il tarixdə saat 10:00-dan 16:00-dək Şəmkir, saat 10:00-dan işlər başa çatanadək isə Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti