...

ARDNŞ dövlət büdcəsinə ödənişləri azaldıb

Energetika Materials 10 Mart 2015 20:27 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin fevral ayında dövlət büdcəsinə 108 milyon 227 min manat (yanvar ayında 118 milyon 502 min) vəsait ödənilib.
ARDNŞ dövlət büdcəsinə ödənişləri azaldıb

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin fevral ayında dövlət büdcəsinə 108 milyon 227 min manat (yanvar ayında 118 milyon 502 min) vəsait ödənilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2015-ci ilin yanvar-fevral aylarında büdcəyə 226 milyon 729 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 534 min manat vəsait köçürüb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 min manat və ya 101,9 faiz çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-fevral aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 23 milyon 465 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti