...

Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 17 Mart 2015 13:54 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 16-da 54,63 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri azalıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Maksim Tsurkov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 16-da 54,63 dollar/barel təşkil edib.

ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Trend-ə verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən nisbətən 2,23 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti martın 16-da 53,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,27 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 16-da 51,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 16-da 52,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,36 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti