...

Azərbaycanın neft sektoruna investisiyalar artıb

Energetika Materials 28 Mart 2015 09:30 (UTC +04:00)
2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın neft sektoruna 893,8 milyon manat investisiya qoyulub.
Azərbaycanın neft sektoruna investisiyalar artıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın neft sektoruna 893,8 milyon manat investisiya qoyulub. Bu rəqəm 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 15,3% çoxdur.

Bu barədə Trend Dövlət Statistika Komitəsinin 2015-ci il 2 ayının yekunları üzrə hesabatına istinadən məlumat verir.

Yanvar-fevral aylarında Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital 988,3 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 11,5% çoxdur.

Bu vəsaitdən emal sənayesi sahəsinə 893,1 milyon manat həcmində sərmayə qoyulub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Hesabat dövründə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına qoyulmuş investisiyaların həcmi 14,5 milyon manat təşkil edib. Bu, 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 57,7% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti