...

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə üç atom elektrik stansiyası tikiləcək

Energetika Materials 1 Aprel 2015 11:54 (UTC +04:00)
Türkiyədə üç atom elektrik stansiyası inşa olunacaq. Trend-in “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan: Türkiyədə üç atom elektrik stansiyası tikiləcək

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə üç atom elektrik stansiyası inşa olunacaq. Trend-in "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin elektrik enerjisinə olan tələbatı hər gün artır və bu problemin həlli üçün ölkədə üç AES-in tikilməsi vacibdir.

Bununla belə, R.T.Ərdoğan ölkədəki üçüncü AES-in inşası ilə bağlı detalları açıqlamayıb.

Bu yaxında Türkiyə Böyük Millət Məclisi (TBMM) Sinopda ikinci atom elektrik stansiyasının tikilməsinə dair Yaponiya ilə imzalanmış sazişi ratifikasiya edib.

Sözügedən saziş 2013-cü ildə imzalanıb. Layihənin reallaşmasının 2023-cü ilə kimi bitirmək nəzərdə tutulur. AES ildə 40 milyard kilovatt/saat enerji istehsal edəcək.

Bundan əvvəl xəbər verilmişdi ki, 2015-ci ilin aprelində Türkiyədə birinci atom elektrik stansiyası olan "Akkuyu" üçün infratsrukturun yaradılmasına başlanılacaq. Bu AES-in inşaası Rusiyanın layihəsi ilə aparılacaq. Bu barədə məlumatı "Akkuyu Nuclear" SC-nin icraçı direktoru Fuad Axundov açıqlayıb.

Rusiya ilə Türkiyə arasında Mersində ilk AES-in tikilməsi ilə bağlı saziş 2010-cu ildə imzalanıb. Bu AES 4 ədəd su-su reaktoru ilə təchiz olunacaq. Hər enerji blokunun gücü 2100 meqavatt olacaq. Layihə dəyəri 20 milyard dollar olan AES ildə 35 milyard kilovatt/saat elektrik enerjisi istehsal edəcək.

"Akkuyu"nun ətraf mühitə təsirinə dair hesabat 2014-cü ilin dekabrında Türkiyə Təbii Sərvətlər və Şəhərsalma Nazirliyi tərəfindən təsdiq olunub.

Twitter: @rhafizoglu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti