...

Ceyhan terminalından təqribən 2,2 milyard barel neft yüklənib

Energetika Materials 5 May 2015 01:30 (UTC +04:00)
Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən 2006-cı il iyunun 2-dən 2015-cü il mayın 1-dək Ceyhan neft terminalından 2014-cü il mayın əvvəlinə olan 2510 tankerə qarşı 2878 tanker yüklənib.
Ceyhan terminalından təqribən 2,2 milyard barel neft yüklənib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Maksim Tsurkov/

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən 2006-cı il iyunun 2-dən 2015-cü il mayın 1-dək Ceyhan neft terminalından 2014-cü il mayın əvvəlinə olan 2510 tankerə qarşı 2878 tanker yüklənib. Bu barədə Trend BIL-in saytına istinadən məlumat verir.

BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Hesabat dövründə terminaldan 1,93 milyard barelə qarşı (2014-cü il mayın əvvəlin olan məlumata görə) 2,1912 milyard barel neft yüklənib.

BTC-nin səhmdarları BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,9 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,5 faiz); ConocoPhillips (2,5 faiz) və ONGC (2,36 faiz) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti