...

Qurdlara qaz verdilər

Energetika Materials 6 May 2015 16:29 (UTC +04:00)
Bərdə rayonunun Qurdlar və Niftçi kəndlərinə təbii qaz verilib.
Qurdlara qaz verdilər

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün Bərdə rayonunun Qurdlar kəndinə təbii qazın bərpası və Niftçi kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon İcra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 74 abonenti olan Qurdlar kəndinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 6324 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 74 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

58 abonenti olan Niftçi kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 3983 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 58 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti