...

"Metsamor" AES region üçün real təhlükədir

Energetika Materials 6 May 2015 17:43 (UTC +04:00)
Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) region üçün real təhlükədir.
"Metsamor" AES region üçün real təhlükədir

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) region üçün real təhlükədir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.

O bildirib ki, Türkiyə Ermənistanın elektrik enerjisinə ehtiyacı olduğuna görə istismarı olduqca riskli olan bu AES-i görməzdən gəlməməlidir.

Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti