...

“Cənub qaz dəhlizi”nin gücü nədədir?

Energetika Materials 27 May 2015 10:00 (UTC +04:00)
Qazın dünya bazarında “qiymətə mindiyi”, Avropa bazarlarının qazın arxasınca qaçdığı hazırkı şəraitdə, Azərbaycanın təşəbbüskarı olduğu “Cənub qaz dəhlizi” ilə “Qazprom”un təşəbbüskarı olduğu “Türk axını” layihəsini “qarşı-qarşıya qoymaq” istəyirlər.
“Cənub qaz dəhlizi”nin gücü nədədir?

Azərbaycan, Bakı, 27 may /Trend, icmalçı Maksim Tsurkov/

Qazın dünya bazarında "qiymətə mindiyi", Avropa bazarlarının qazın arxasınca qaçdığı hazırkı şəraitdə, Azərbaycanın təşəbbüskarı olduğu "Cənub qaz dəhlizi" ilə "Qazprom"un təşəbbüskarı olduğu "Türk axını" layihəsini "qarşı-qarşıya qoymaq" istəyirlər.

İki layihənin rəqabəti barədə danışmağa ehtiyac yoxdur. Rəsmi şəxlərin çoxsaylı bəyanatları da buna sübutdur.

Bəs onda "Cənub qaz dəhlizi"nin gücü nədədir? Onu əvvəlki oxşar layihələrdən fərqləndirən cəhət nədir?

Birincisi, dəyəri 45 milyard dollar olan layihənin reallaşdırılmasına əhəmiyyətli vəsait yatırılıb. Xəzərdə ("Şahdəniz" yatağında işlər), Azərbaycan və Gürcüstanın quru ərazilərində (Cənub Qafqaz qaz xəttinin genişləndirilməsi) və Türkiyədə (TANAP-ın inşası) əsas işlər başlayıb və uğurla davam etdirilir. İtaliya isə 2016-cı ilin may ayında başlayacaq TAP qaz xəttinin inşası ilə bağlı yekun qərar qəbul edib.

İnvestisiya məsələlərindən başqa bir sıra müqavilələr imzalanıb. Bununla yanaşı, bu müqavilələrdəki hər-hansı bənd yerinə yetirilmədiyi halda tərəfləri böyük miqdarda cərimə gözləyir.

Eyni zamanda "Cənub qaz dəhlizi" yalnız Azərbaycan qazını Aİ-ə satmaq imkanı deyil. Qaz ilə zəngin bir sıra ölkələr də - Türkmənistan, İran, İraq, Suriya, İsrail - bu siyahıdadır.

Qaz xəttinin buraxıcılıq qabiliyyətinin artırılması qazın Avropa bazarlarına sonrakı çıxışı üçün hazır infrastruktura qoşulma imkanı yaradır ki, bu da bu ölkələrin layihəyə marağını artırır.

Bu layihə qaz mənbələrinin şaxələndirilməsi, rusiyalı tədarükçülərdən asılılığın aşağı salınması və enerji təhlükəsizliyi siyasətini həyata keçirən Aİ-nin maraqlarına uyğun gəldiyi kimi Avropaya potensial qaz satan ölkələrin də maraqlarına uyğundur. Belə ikitərəfli maraq layihənin reallaşdırılma prosesini yüksək səviyyədə saxlayır.

Beləliklə, yuxarıda sadalanan amillər layihənin uğurla reallaşdırılması və onun gələcək fəaliyyəti üçün möhkəm əsas yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti