...

Qubernator: “Ərzurumda TANAP qaz xəttinin təməlinin qoyulmasına hər şey hazırdır”

Energetika Materials 27 May 2015 10:48 (UTC +04:00)
Türkiyənin Ərzurum vilayətində Transanadolu qaz xəttinin (TANAP) təməlinin qoyulması üçün tikinti meydançaları hazırdır.
Qubernator: “Ərzurumda TANAP qaz xəttinin təməlinin qoyulmasına hər şey hazırdır”

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Ərzurum vilayətində Transanadolu qaz xəttinin (TANAP) təməlinin qoyulması üçün tikinti meydançaları hazırdır. Bu barədə Trend-ə Ərzurum vilayətinin qubernatoru Ahmet Altıbarmak məlumat verib.

Onun sözlərinə görə, hazırda əyalətdə qaz xəttinin təməlinin qoyulması ilə bağlı işlərdə təqribən min işçi iştirak edir və son dərəcə əhəmiyyətli enerji layihəsi olan TANAP əyalətin inkişafına, həmçinin yeni iş yerlərinin açılmasına imkan yaradır: "Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətinin əyani nümunəsi olan TANAP Xəzər regionundan Avropa bazarlarını təhlükəsiz qaz tədarükü ilə təmin edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti