...

Makedoniya Azərbaycan qazı uğrunda mübarizədədir

Energetika Materials 29 May 2015 11:24 (UTC +04:00)
Avropada Rusiya qazından asılılığı azaltmaq istəyən və buna görə Azərbaycan qazını Avropa sərhədinə çatdıracaq “Cənub qaz dəhlizi” layihəsinə yönələn ölkələrin sayı durmadan artır.
Makedoniya Azərbaycan qazı uğrunda mübarizədədir

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Maksim Tsurkov/

Avropada Rusiya qazından asılılığı azaltmaq istəyən və buna görə Azərbaycan qazını Avropa sərhədinə çatdıracaq "Cənub qaz dəhlizi" layihəsinə yönələn ölkələrin sayı durmadan artır.

Bu məsələ xüsusilə Balkan yarımadası ölkələri üçün vacibdir. Onların hamısı TAP-a qoşulmaqda maraqlı olduqlarını dilə gətiriblər.

Makedoniya da istisna olmadı. Mayın 27-i bu ölkənin baş naziri Nikola Qruevski bəyan etdi ki, Skopye üç yeni qaz mənbəyində maraqlıdır ki, bunlardan biri də TAP-dır.

Yeni qaz mənbələri Makedoniyaya iki səbəbə görə lazımdır. Birincisi, enerji resurslarının tədarükünün diversifikasiya məsələsidir, belə ki, Rusiya qazı burada da nisbətən yüksək qiymətə satılır. Makedoniya hesab edir ki, tədarükün diversifikasiyası rəqabət qiymətlərinin müəyyənləşdirilməsinə də səbəb olacaq.

İkincisi, qaz elektrik stansiyaları şəbəkəsini genişləndirmək istəyən ölkənin artan tələbatıdır. Aydındır ki, Skopye artan tələbatı yalnız Rusiya qazı ilə ödəmək niyyətində deyil.

Bu faktı da qeyd etmək lazımdır ki, Makedoniyanın qeyd etdiyi üç prioritet arasında "Türk axını" yoxdur. Yalnız Brüssel ilə Moskva arasında razılıq əldə edildiyi halda ölkə bu layihəyə qoşulmaq məsələsinə baxa bilər. Belə bir razılıq isə hələlik üfüqdə görünmür.

Makedoniyanın TAP-a qoşulmaqda heç bir problemi olmamalıdır. Ölkə ya Yunanıstanla razılıq əldə edib orada boru xətti inşa edə bilər, ya da İon-Adriatik qaz kəmərinə qoşula bilər.

Layihədə Balkan yarımadasının demək olar ki bütün dövlətləri - Xorvatiya, Bosniya və Hersoqovina, Sloveniya, Monteneqro və Albaniya iştirak edir və buna görə Makedoniyanın layihəyə qoşulması kifayət qədər təbii görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti