...

Taner Yıldız: TANAP-ın tikintisi sürətli templə aparılır

Energetika Materials 28 May 2015 11:29 (UTC +04:00)
TANAP-ın tikintisi sürətli templə aparılır.
Taner Yıldız: TANAP-ın tikintisi sürətli templə aparılır

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Rufiz Hafizoğlu/

TANAP-ın tikintisi sürətli templə aparılır. Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız NTV telekanalına deyib.

Onun sözlərinə əsasən, TANAP-ın tikintisi qrafiki 3 ay qabaqlayır.

Qeyd edək ki, Transanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr (31 milyard kubmetrədək artırma imkanı ilə) təşkil edəcək. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti