...

Nazirlik: “Türk axını” layihəsinin tikintiyə icazəsi yoxdur

Energetika Materials 29 May 2015 11:10 (UTC +04:00)
Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz xəttinin inşasının ətraf mühitə təsirinin qiymətləndirilməsi məsələsi ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinə müraciət etməyib.
Nazirlik: “Türk axını” layihəsinin tikintiyə icazəsi yoxdur

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Rusiyanın "Qazprom" şirkəti "Türk axını" qaz xəttinin inşasının ətraf mühitə təsirinin qiymətləndirilməsi məsələsi ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinə müraciət etməyib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Nazirlikdən deyilib ki, bu qiymətləndirmə olmadan Türkiyədə hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Daxil olan bütün müraciətlər nazirliyin rəsmi saytında yerləşdirilir ki, "Qazprom"un müraciəti də bu siyahıda yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti