...

Azərbaycan neftinin qiymətləri: 26-29 may həftəsinin yekunları

Energetika Materials 30 May 2015 14:22 (UTC +04:00)
AZERI LT (CIF) növlü neftin orta qiyməti 63,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,29 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 26-29 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Maksim Tsurkov/

Ötən həftə - mayın 26-29-da Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 63,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,29 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 65,3, minimum isə 62,61 dollar/barel təşkil edib.

Mayın 26-29-da Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 60,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,16 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 61,89, minimum isə 59,19 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

Mayın 26-29-da "Brent Dated" növünün orta qiyməti 62 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 2,46 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 63,49 dollar, minimum isə 60,73 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti