...

"Total" "Abşeron" yatağında qazma qurğusu məsələsini ilin sonunadək həll edəcək

Energetika Materials 4 İyun 2015 09:46 (UTC +04:00)
“Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında qazma işləri ilə əlaqədar yeni nəsil qazma qurğularının tətbiqi məsələsini bu ilin sonuna kimi həll etməyə çalışır.

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Maksim Tsurkov/

Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında qazma işləri ilə əlaqədar yeni nəsil qazma qurğularının tətbiqi məsələsini bu ilin sonuna kimi həll etməyə çalışır.

Bu barədə Trend-ə "Total"ın inkişaf üzrə meneceri Erik Mayer deyib.

Onun sözlərinə görə, "Total" hazırda "Caspian Drilling Company" ilə quraşdırma məsələlərini müzakirə edir: "Danışıqlar davam edir. Yeni qurğunun maliyyələşməsi də daxil olmaqla, müxtəlif məsələləri müzakirə edirik. Bu ilin sonuna kimi qazma qurğusu ilə bağlı qərar verməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti