...

"Azərişıq" ASC-nin nizamnamə kapitalı müəyyənləşdi

Energetika Materials 3 İyun 2015 19:35 (UTC +04:00)
"Azərişıq" ASC-nin nizamnamə kapitalı 623,5 milyon manat həcmində müəyyən edilib.
"Azərişıq" ASC-nin nizamnamə kapitalı müəyyənləşdi

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Azad Həsənli/

"Azərişıq" ASC-nin nizamnamə kapitalı 623,5 milyon manat həcmində müəyyən edilib.

Nazirlər Kabinetinin "Azərişıq" ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edlməsi barədə qərarına əsasən, nizamnamə kapitalı hər birinin nominal dəyəri 2 manat olan 311,77 milyon səhmdən ibarətdir. Trend-in məlumatına görə, qərarın mətni Nazirlər Kabinetinin saytında dərc edilib.

ASC-nin İdarə Heyətinin tərkibi dörd nəfərdən - ASC-nin Azərbaycan Prezidenti tərəfindən təyin edilən sədri, sədrin birinci müavini və iki müavinindən ibarətdir.

Nizamnaməyə əsasən, ASC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqd) bağlanılmasına razılıq verilməsi üçün "Azərişıq" Nazirlər Kabinetinə müraciət etməlidir.

"Azərişıq" ASC-nin strukturuna qurumun aparatı, eləcə də elektrik enerjisinin təchizatı və satışı üzrə 7 regional idarə (Bakı, Şimal, Şimal-Qərb, Qərb, Aran, Mərkəzi Aran və Cənub) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti