...

Lənkəranın 2 kəndinə qaz verilib

Energetika Materials 25 İyun 2015 21:29 (UTC +04:00)
Lənkəran rayonunun Nərimanabad və Üzümçülük kəndlərinə təbii qaz verilib.
Lənkəranın 2 kəndinə qaz verilib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Lənkəran rayonunun Nərimanabad və Üzümçülük kəndlərinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə Nərimanabad kəndində keçirilmiş mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və SOCAR rəhbərliyinin, habelə Lənkəran rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə məlumat verilib ki, hər iki kəndə qaz verilişi bərpa olunur. Bu məqsədlə 754 abonenti olan Nərimanabad kəndinə birpilləli sistem əsasında ümumi uzunluğu 28 214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 754 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Üzümçülük kəndinə isə uzunluğu 8528 metr müxtəlif diametrli metal, 901 metr muxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 167 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Açılış mərasimində çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibətilə hər iki kəndin sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə "mavi yanacaq"la təmin olunur.

R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirlərdə çıxış edən ağsaqqallar və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti