...

Ötən ay BTC ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Energetika Materials 2 İyul 2015 21:41 (UTC +04:00)
2015-ci ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 597 725 ton Azərbaycan nefti nəql olunub.
Ötən ay BTC ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 597 725 ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 544 284 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyul ayının 1-dək BTC-yə 278 369 216 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin iyun ayında BTC kəməri ilə 343 394 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

Həmçinin 2015-ci ilin iyun ayı ərzində 2 797 573 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 841 720 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 510 833 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyul ayının 1-dək Ceyhan limanından 276 449 923 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti