...

"Günəşli"də quyu istismara verilib

Energetika Materials 3 İyul 2015 22:18 (UTC +04:00)
“Günəşli” yatağındakı 122 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"də quyu istismara verilib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 3 nömrəli dərin dəniz özülündən 122 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2756-2726 metr intervaldan gündəlik 48 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti