...

İlk dəfə qaz görən kənd

Energetika Materials 6 İyul 2015 16:05 (UTC +04:00)
Xaçmaz rayonunun Aşağı Zeyid kəndinə ilk dəfə təbii qaz verilib.
İlk dəfə qaz görən kənd

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Bu gün Xaçmaz rayonunun 193 abonenti olan Aşağı Zeyid kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, açılış mərasimində rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Bildirilib ki, Aşağı Zeyid kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 12 143 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 193 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti