...

Təbii qazdan qeyri-qanuni istifadənin qarşısı alınır

Energetika Materials 7 İyul 2015 18:52 (UTC +04:00)
“Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Təbii qazdan qeyri-qanuni istifadənin qarşısı alınır

Azərbaycan, Bakı, 7 iyul /Trend/

"Azəriqaz" İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Trend-in SOCAR-ın saytına istinadən verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı 1602 əhali abonentinin, 23 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub. Tərtib olunmuş həmin aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 380 595 manat dəyərində dəymiş ziyan hesablanıb.

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti