...

Dövlət Neft Fondunun investisiya portfelinin strukturu açıqlanıb

Energetika Materials 28 İyul 2015 04:22 (UTC +04:00)
2015-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 74,5 faizi 5 ilədək müddətinə maliyyə alətlərinə qoyulub.
Dövlət Neft Fondunun investisiya portfelinin strukturu açıqlanıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 74,5 faizi 5 ilədək müddətinə maliyyə alətlərinə qoyulub. Trend bu barədə ARDNF-in saytında yerləşdirilən rüblük hesabata əsasən məlumat verir.

Fondun investisiya portfelinin 33 faizi 1 ilədək, 30,5 faizi 1-3 ilədək, 11 faizi 3-5 ilədək, 9,7 faizi 5 ildən yuxarı müddətə, 15,8 faiz vəsait isə daşınmaz əmlak, səhm və qızıla yerləşdirilib.

ARDNF-in aktivləri qismən qiymətli kağızlara, pul bazarının alətlərinə (depozit, bank hesabları) yerləşdirilib.

Bundan başqa, investisiya portfelinin 79,9 faizi səhmlərə qoyulub. Bunlarda 14,6 faizi "AAA", 20,2 faizi "AA", 36,4 faizi "A", 28,8 faizi isə "BBB" reytinqli qiymətli kağızların payına düşüb.

Hazırda fondun vəsaitinin 11,9 faizi agentlik və beynəlxalq təşkilatların səhmlərinə, 6,3 faizi müstəqil borc kağızlarına, 20,1 faizi maliyyə səhmlərinə, 44,1 faizi korporativ səhmlərə, 11,8 faizi qısamüddətli kommersiya kağızlarına, 1,8 faizinə zəmanətli səhmlərə qoyulub.

ARDNF-nin investisiya portfelinin 4,3 faizi pul bazarının depozit və alətlərinə, 3,2 faizi qızıla, 2,9 faizi daşınmaz əmlaka, 7,7 faizi səhmlərə, 2 faizi isə layihələrin investisiyalarına qoyulub.

ARDNF-nin aktivlərinin yerləşdirilmə coğrafiyası aşağıdakı kimidir: 57,28 faiz - Avropa ölkələri, 24,03 faiz - Şimali Amerika, 13,53 faiz - Avstraliya, 8,59 faiz - Asiya-Sakit Okean regionu, 1,45 faiz - Yaxın Şərq, 1,41 faiz - Cənubi Amerika, 2, 89 faiz - beynəlxalq maliyyə təşkilatları, 0,01 faiz - Afrika.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti