...

Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti işləri davam edir

Energetika Materials 28 İyul 2015 13:45 (UTC +04:00)
Türkiyədə Trans-Anadolu boru kəmərinin (TANAP) tikintisi üzrə işlər davam edir.
Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti işləri  davam edir

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə Trans-Anadolu boru kəmərinin (TANAP) tikintisi üzrə işlər davam edir. Bu barədə Trend "Parahaberi" qəzetinə istinadən məlumat verir.

Hazırda layihə çərçivəsində 56 düym boruların qaynaq edilməsi üzrə iş aparılır.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan - Türkiyə sərhəddindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti