...

"Günəşli"də quyu istismara verilib

Energetika Materials 29 İyul 2015 20:31 (UTC +04:00)
“Günəşli” yatağındakı 109 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.
"Günəşli"də quyu istismara verilib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

"Günəşli" yatağındakı 109 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ölkənin neft-qaz sənayesində mühüm əhəmiyyətə malik "Günəşli" yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

Bu günlərdə "Günəşli" yatağındakı 2 nömrəli dərin dəniz özülüzdən 109 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Quyu IX horizontdan qaz-lift üsulu ilə məhsul vermiş, 3143-3132 metr intervaldan sutkalıq 45 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti