...

TANAP gecikmə olmadan tikilir - ÖZƏL (FOTO)

Energetika Materials 3 Avqust 2015 23:15 (UTC +04:00)
Türkiyədə Transanadolu qaz kəmərinin (TANAP) tikintisi uğurla və gecikmə olmadan davam etdirilir.
TANAP gecikmə olmadan tikilir - ÖZƏL (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə Transanadolu qaz kəmərinin (TANAP) tikintisi uğurla və gecikmə olmadan davam etdirilir. Bunu Trend-ə TANAP konsorsiumundan deyiblər.

Konsorsiumdan qeyd ediblər ki, hazırda layihə çərçivəsində 56 və 48 düymlük boruların qaynaq edilməsi üzrə işlər aparılır: "Qaynaq edilən boruların 80 faizinin tədarükçüsü Türkiyə şirkətləridir".

Konsorsiumdan əlavə ediblər ki, Türkiyənin boru tədarükçüləri ilə yanaşı, tikintidə 4 xarici şirkət iştirak edir: "Onlarla ötən ilin oktyabrında Türkiyənin Baş naziri Əhməd Davudoğlunun iştirakı ilə müvafiq saziş imzalanıb".

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti