...

BP Azərbaycanın ən böyük qaz yatağında hasilat işlərini bərpa edib

Energetika Materials 24 Avqust 2015 11:22 (UTC +04:00)
Ötən gün axşam BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən ən böyük qaz kondensat yatağı “Şahdəniz”də təbii qazın hasilatını bərpa edib.
BP Azərbaycanın ən böyük qaz yatağında hasilat işlərini bərpa edib

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Maksim Tsurkov/

Ötən gün axşam BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən ən böyük qaz kondensat yatağı "Şahdəniz"də təbii qazın hasilatını bərpa edib. Bu barədə Trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

O bildirib ki, bu ilin avqust ayında platformada işlər profilaktik tədbirlərin keçirilməsi məqsədilə dayandırılmışdı: "Ötən gün "Şahdəniz" platformasında qaz hasilatını bərpa etdik. Yatağın tam gücü ilə işlək vəziyyətə gətirilməsi tədricən həyata keçiriləcək. Qeyd edim ki, bütün proqram işləri uğurla başa çatdırılıb, profilaktik işlər isə planlaşdırılmış müddətdən tez başa çatıb. Sınaq prosesi də uğurla həyata keçirildikdən sonra hasilat bərpa edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti