...

SOCAR ekoloji normativ sənədlər hazırlayır

Energetika Materials 25 Avqust 2015 14:19 (UTC +04:00)
SOCAR-ın Ekologiya İdarəsində fəaliyyət göstərən “Ekoloji normativ sənədlərin hazırlanması” qrupu tərəfindən 2015-ci ilin səkkiz ayı ərzində şirkətin istehsalat birlikləri və müxtəlif təyinatlı müəssisələri üçün 18 ekoloji normativ sənəd hazırlanıb.
SOCAR ekoloji normativ sənədlər hazırlayır

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Maksim Tsurkov/

SOCAR-ın Ekologiya İdarəsində fəaliyyət göstərən "Ekoloji normativ sənədlərin hazırlanması" qrupu tərəfindən 2015-ci ilin səkkiz ayı ərzində şirkətin istehsalat birlikləri və müxtəlif təyinatlı müəssisələri üçün 18 ekoloji normativ sənəd hazırlanıb.

Trend bu barədə şirkətin saytında dərc olunan xəbərə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış "Metodiki göstərişlər" və normativ sənədlərin tələblərinə uyğun hazırlanmış ekoloji sənədlər razılaşdırılmaq üçün Dövlət Ekspertiza İdarəsinə təqdim edilib.

Hazırda ekoloji normativ sənədlərin və "Su təsərrüfatı pasportunun" hazırlanması işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti